Vitaminli soğan salatı - RESEPT

31 May 2019 07:00

Ətirli, faydalı, sadə, hamı üçün vacib, viruslara qarşı bomba effektli soğan salatını tez-tez hazırlayın.

Milli.Az medicina.az-a istinadən çox asan salatın reseptini təqdim edir:

Ərzaqlar: 

Soğan - 3 ədəd
Yumurta -3 ədəd
İsti su - 1 stəkan
Şəkər - 1 ç.q
Sirkə -1 x.q
Mayonez və xama -1 x.q

Hazırlanması:

Bilşmiş yumurta iri kubik formada doğranılır.

Soğan nazik yarımhalqa doğranılır. Üzərinə isti su alınıb, 15 dəqiqə saxlanılıb süzülür.

1 stəkan isti suya sirkə, duz, istiot əlavə olunub qarışdırılır və soğan burda 20 dəqiqə marinad edilir.

Sonra süzülüb, soğan salfet üzərində suyu çəkilir.
Marinadlaşdırılmış bu soğanı yumurta ilə qarışdırırsız. Xamanı mayonezə qatıb, salata vurursuz. İstədiyiniz ədviyyatı, istiot səpə bilərsiz. Bu salata didilmiş mal əti də qatmaq olar.

Milli.Az