Erməni katolikosu Qarabağı Ermənistana birləşdirməyə çağırdı

27 May 2019 15:43

Yaxın Şərq ermənilərinin katolikosu Birinci Aram "vahid Ermənistan"ın yaradılması yolunda işğal edilmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə çağırıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Livandakı Antilyas məbədində patriarxın bazar xütbəsinin mətni Kilikiya patriarxatının "Facebook" səhifəsində yeləşdirilib.

Kilikiya katolikosu vurğulayıb ki, Qarabağ məsələsində istənilən güzəşt Ermənistanın "xalqın qanı və alın təri ilə qaytarılmış" müstəqilliyi üçün yolverilməzdir

"Qarabağ işğal edilmiş ərazi deyil, qəhrəmanlarımızın qanı ilə qaytarılmış doğma torpaqdır. ...Vahid və birləşmiş Ermənistan baxışının gerçəkləşdirilməsinə Qarabağın Ermənistana birləşdirilməsi ilə başlanacaq", - o deyib.

Milli.Az