Restoranda BİABIRÇILIQ: turisti bu ŞOK məbləğlə aldatdılar - FOTO

27 May 2019 15:55

Amerikalı turist Fransisko Tajeda Yunanıstanın Mikonas adasında yediyi yemək üçün gəldiyi hesabı görüncə şok olub.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, əsgər olduğu deyilən Tajeda bir qrup dostu ilə yediyi günorta yeməyi üçün tam olaraq 836 avro (təxminən 3 min AZN) ödəyib.

Fransisko menyuda yeməklərin qiymətinin yazılmadığını və bunun da restoranın hiyləsi olduğunu "The Daily Mail" qəzetinə açıqlamasında deyib.

O, hesabı zorla ödədiyini, yediyi yeməklərin isə həddən artıq baha gəldiyini bildirib.

Əsgərin şikayətinə restoran rəhbərliyi "pulunuz yoxdursa, ucuz şeylər yeyin" deyərək cavab verib.

Milli.Az