Əfqanıstanda Baş nazirin müşaviri güllələnərək öldürüldü

27 May 2019 15:15

Əfqanıstanın şərqində yerləşən Paktiya əyalətində "Taliban" silahlılarının hücumu nəticəsində azı 4 polis əməkdaşı ölüb, 4-ü yaralanıb.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsindən məlumat verilib.

Bildirilib ki, "Taliban" mayın 27-də gecə saatlarında Paktiya əyalətində nəzarət-keçid məntəqəsinə hücum edib. Nəticədə azı 4 polis əməkdaşı ölüb, 4-ü yaralanıb.

Bundan başqa, Əfqanıstan baş nazirinin müşaviri Nur Məhəmməd Arab Kunduz şəhərində naməlum silahlılar tərəfindən güllələnərək öldürülüb. 

Hadisə nəticəsində onun mühafizəçilərindən biri də yaralanıb. 

Milli.Az