Efirdə Röya ilə Tolik arasında GƏRGİNLİK: Ağzına gələni danışdı - FOTO

27 May 2019 13:29

Əməkdar artist Röya Ayxan Tarix Əliyevin (Tolik) aparıcılığını etdiyi "Hər şey daxil"də qonaq olub.

Milli.Az xəbər verir ki, uzun illər Röyanın prodüseri kimi çalışan Tolikin əməkdar artistin canlı ifası zamanı danışması, müğənnini hiddətləndirib.

Röya aparıcıya canlı efirdə irad bildirib:

"Oxuya bilmirdim. Güclə oxudum. Bilirsiniz niyə? Durmadan qulağımın dibində danışdı. Üzünə baxıram tərs-tərs, deyir ki, "Efirdə eşidilmir". Mən səni eşidirəm, oxuya bilmirəm. Əgər birinə deyirsənsə, canlı oxu, onda onun qulağının dibində danışma". 

Tolik ulduz ifaçının iradını qəbul edərək əyləşdiyi masadan qalxıb:

"Baş üstə! O zaman sən oxuyanda gedib qıraqda dayanaram. O vaxtdan sənin yanında elə bir dənə mənəm ki, özünü sənə təsdiqləmişəm. Düz deyil? 

Allah rəhmət eləsin İlhamə Quliyevaya. Vaxtı ilə məni gətirib Röya ilə tanış etməsəydi, mən Röyanın yanında... İndi hər disk daşıyan özünə prodüser deyir, amma mən illərlə o diski daşımışam, yavaş-yavaş mənə prodüser deyiblər. Ta Vüsal kimi birdən-birə gəlib meqastarla (Röyanı nəzərdə tutdu) çalışmamışam e. İndi rahatdı! Röya o vaxtı bizi incidirdi".

Röya aparıcının sözünü yarıda kəsərək emosional halda "Sən elə birdən-birə meqastarla çalışmısan. Onda sizə də rahat olub. Çünki siz gələndə Röya artıq Röya idi" cavabını verib. 

Tolik əməkdar artistin emosionallaşdığını görüb mövzunu dəyişmək istəyib:

"Röyanı aldadırdım. Bir söz deyim tamaşçılara. Röyanın maşından başı çıxmır. Röyanın iki maşını həyətdə var idi". 

Aparıcının sözünü yenidən yarıda kəsən Röya "Bu nə danışır?!  Bir dəqiqə başımı aşağı salladım, ağzına gələni danışdı" ifadələri ilə yenidən sərt reaksiya verib. 

Tolik müğənninin onu yanlış anladığını "O mənada demədim e" sözləri ilə bildirməyə çalışsa da Röya susmayıb:

"Mənim tanınmayan vaxtımda yanımda işləyən Aydın olub. Bitdi! Siz gəlmisiniz hazır bir Röya yanına. Nə qədər var efirimizin vaxtına? Danışqıca batırsan. Vəkil çağır yanına, vəkil səni qorusun. Hamı bizdən götürüb e, yanında 30 nəfərlə gəzib".

Aparıcı müğənninin sözlərini təsdiqləyərək efirdə aranın qızışmağının qarşısını "Ay sağol, bəs öyrətdin mənə. Bu gün gəldim Tolik oldum da! Bəs mən nəyi deyirəm?!" sözləri ilə alıb.

Röya sonda Tolikə xəbərdarlıq etməyi də unutmayıb:

"Sən mənimkilərə ilişmə. Denən ki, biz beləyik. "Biz"lə danış!" 

Məhəmməd Vaqif
Milli.Az