Oğul "niyə ayaqyalınsan?" soruşan atasını bıçaqladı, anasını öldürdü - FOTO

27 May 2019 16:00

ABŞ-da oğul anasını öldürüb, atasını isə bıçaqlayıb.

Milli.Az nypost-a istinadla xəbər verir ki, qətl hadisəsi Nyu-Yorkda, Bruklində törədilib.

55 yaşlı Oscar Rodriguez 77 yaşlı anasını qətlə yetirib. Ayaqqabı üstündə yaranan mübahisə cinayətlə nəticələnib.

O, axşam vaxtı evə ayaqyalın gəldiyinə görə atası ondan niyə ayaqyalın olduğunu soruşub. Onların arasında mübahisə yaranıb və əsəblərinə hakim ola bilməyən oğul atasını bıçaqlayıb. Bu zaman bıçaq oğul ilə atanın arasına girməyə çalışan qadına saplanıb.

Qadın hadisə yerindəcə keçinib, kişinin vəziyyəti isə ağırdır.

Oscar Rodriguez saxlanılıb.

Emin
Milli.Az