Musa Yaqub: "Xalqın şairi olmağı çoxdan gözləyirdim"

27 May 2019 12:44

Xalq şairi Musa Yaqub xəstəxanadan evə buraxılıb.

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a Xalq şairi özü məlumat verib. 

Bildirib ki, hazırda səhhəti stabildir:

"Təzyiqim aşağı düşdüyü üçün özümü pis hiss etdim və məni İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirdilər. Artıq evdəyəm, babatam və dincəlirəm".

Musa Yaqub Xalq şairi fəxri adı almasından da danışıb. 

O bu adı almağı çoxdan gözlədiyini deyib:

"Mən lap çoxdan xalqın şairi olmağı gözləyirdim. Bu gerçəkləşdi".

Qeyd edək ki, bir neçə gün əvvəl Prezident İlham Əliyevin sərəncamına əsasən, şairlər Musa Yaqub, Ramiz Rövşən və Vahid Əzizə Xalq şairi fəxri adı verilib.

Milli.Az