Məşhur müğənni naməlum obyekt lentə aldı - VİDEO

27 May 2019 13:25

Rusiyalı müğənni Katya Lel iddia edir ki, Moskva səmasında uçan UNO-nu lentə alıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, müğənni gördüklərini mobil telefonun yaddaşına köçürüb və İnstaqram səhifəsində paylaşıb. Kadrlarda yaşayış binasının üzərindəki iki işıqsaçan obyekt görünür.

Onun sözlərinə görə, bu obyektlər 1 saat ərzində şəhərin 10 müxtəlif yerlərində görünüblər. Katya iddia edir ki, bu, nə təyyarədir, nə də Çin fənəri.

Milli.Az