Tehran-Ankara qatarı tezliklə işə başlayacaq

26 May 2019 22:51

Tehran-Ankara qatarı yenidən işə başlayacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın yol və şəhərsalma nazirinin müavini və İranın Dəmir Yolları Şirkətinin icra direktoru Səid Rəsuli İRNA-ya açıqlamasında deyib.

S.Rəsulinin sözlərinə görə, bu qatarın yenidən işə başlaması üçün müzakirələr aparılıb və tezliklə Tehran-Təbriz-Van-Ankara istiqamətində işə başlayacaq.

İran, Türkiyə və MDB ölkələri arasında vaqonların mübadiləsi ilə bağlı anlaşmaya münasibət bildirən Rəsuli əlavə edib ki, bu anlaşmanın imzalanması daşınmanın artması ilə nəticələnəcək.

Milli.Az