Azərbaycan gimnastları və azarkeşlərindən möhtəşəm himn ifası - VİDEO

26 May 2019 19:28

Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatının final yarışları keçirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan komandası böyüklər arasında aero dans proqramında qızıl medal qazanıblar. Gimnastlarımız 17,800 bal toplayıblar.

Azərbaycan komandasının tərkibi: Ayxan Əhmədli, Balaxanım Əhmədova, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov, Mədinə Mustafayeva.

İnternetdə azarkeşlər və gimnastlarımızın Azərbaycan Dövlət himninin möhtəşəm ifasının görüntüləri yayılıb.

Milli.Az