Dzeko 12 milyon avroya transfer olunur

26 May 2019 18:57

İtaliya A Seriyasında mübarizə aparan "İnter" "Roma"nın futbolçusunu transfer edir.

Milli.Az Komanda.az-a istinadən xəbər verir ki, "İnter", "canavarlar"ın 33 yaşlı futbolçusu Edin Dzeko ilə razılıq əldə edib. Dzekoya 2 illik müqavilə təklif edən "İnter", bu keçid üçün paytaxt təmsilçisinə 12 milyon avro ödəyəcək.

Futbolçu ilə bir illik müqaviləsi qalan "Roma"nın onun ayrılığına isti yanaşdığı və 12 milyon avroluq təklifi qəbul edəcəyi bildirilir.

Bosniya və Herseqovina millisinin şərəfini qoruyan Dzeko, bu mövsüm "Roma"nın heyətində keçirdiyi 39 oyunda 14 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az