Şimal rayonlarında torpaq sürüşməsi davam edir

10 Aprel 2010 13:51
Milli.Az-ın verdiyi xəbərə görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Torpaq sürüşməsi nəticəsində Qusar rayonu, Urva kəndində torpaq sürüşməsi, təxminən, uzunluğu 100-120 metr, qırılma qaşının hündürlüyü 2,0-3,0 metr, sürüşmənin hərəkət istiqaməti yamac istiqamətində 100-150 metr aşağıya doğru çatlarla müşahidə olunur.

Quba rayonu, Güləzi kəndində isə sürüşmə sahələrinin uzunluğu 800-1000 metr, eni 250-300 metr, qırılma qaşının hündürlüyü 0,3-0,5 metr, əmələ gəlmiş çatların eni 0,5-1,0 metr, dərinliyi isə 1,0-2,0 metr təşkil edir.

Milli.Az