Yardımlıda 2 mərtəbəli ev yanıb

26 May 2019 17:34

Yardımlıda yanğın hadisəsi qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, rayonun Nisəqələ kəndində ümumi sahəsi 360 m² (hər mərtəbəsi 180 m² ) olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 180 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az