Hərbi maşın karvanına hücum: 6 ölü, 11 yaralı

26 May 2019 18:02

Çadın Lak regionunda baş verən partlayış nəticəsində 6 nəfər həlak olub, 11 nəfər yaralanıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, partlayış Çad ordusunun hərbi karvanının keçidi zamanı baş verib. Həlak olanlardan beşi Çad ordusunun hərbçisi biri isə dövlət telekanalının əməkdaşı olub.

Hücumdan əvvəl gecə saatlarında sözügedən ərazi yaxınlığında Çad ordu "Boko Haram" qruplaşmasının 23 üzvünü zərərsizləşdirib.

Milli.Az