"Juventus"da yeni müqavilə

26 May 2019 17:55

"Juventus" gənc hücumçusu Moyze Kinlə yeni müqavilə imzalayacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 19 yaşlı forvardın sözləşməsinin müddəti 2024-cü ilə qədər uzadılacaq. Yeni anlaşmaya əsasən, o, illik 2 milyon avro və əlavə bonuslar qazanacaq.

Qeyd edək ki, bu mövsüm "Juventus"un heyətində ümumilikdə 16 oyun keçirən Kin 7 qol vurub.

Milli.Az