Kürdəmirdə qəza, “Mercedes” alovlandı - VİDEO

26 May 2019 15:55

Kürdəmirdə  yol qəzası zamanı avtomobillərdən biri alovlanaraq yanıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki hadisə gecə saatlarında Kürdəmirin  Xırdapay kəndindən keçən hissəsində baş verib. Kürdəmir rayon sakini Tahir Kərimov idarə etdiyi minik avtomobili ilə Ucar istiqamətində hərəkətdə olarkən 35 yaşlı Kürdəmir rayon sakini Natiq Qəniyev  idarə etdiyi minik avtomobili ilə arxadan ona çırpılıb. Qəza zamanı Tahir Kərimova məxsus "Mersedes" markalı minik avtomobili  yanmağa başlayıb. Hadisə yerinə FHN-nin yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobil yararsız hala düşüb

Faktla bağlı araşdırma aparılır.

Milli.Az