Hadisənin bacısı özündən 6 yaş kiçik ulduzu hədəfə alıb - FOTO

26 May 2019 12:52

Tez-tez sevgilisi dəyişməklə gündəmdən düşməyən türk müğənni Hadisənin bacısı Derya Açıkgöz idman mediasının gündəminə gəlib.

Milli.Az Fanat.az-a istinadən xəbər verir ki, hazırda anası ilə Belçikada yaşayan Derya "Yuventus"un türk əsilli futbolçusu Emre Canı "hədəfə alıb". 31 yaşlı dizayner özündən 6 yaş kiçik olan ulduz futbolçunun sosial media hesabına daxil olaraq bütün şəkillərini bəyənməklə diqqəti çəkib. Maraqlıdı ki, Derya Emre Canın hesabını izləməyi lazım bilməyib. 

Qeyd edək ki, Derya Açıkgöz ötən ilədək Hadisənin stilisti idi. Daha sonra bacısı ilə münasibətləri pisləşdiyi üçün anası ilə doğulduğu Belçikaya köçüb.

Milli.Az