İki yemiş 46 min dollara satıldı

26 May 2019 12:28

Yaponiyanın ikinci böyük adası olan Hokkaidoda keçirilən hərracda iki yemiş 46 min dollara satılıb. 

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, topdan satış mərkəzində keçirilən hərracda ümumilikdə min ədəd yemiş satılıb.

Yemişləri yüksək qiymətə içki istehsalçısı kimi tanınan "Pokka Sapporo" şirkəti alıb. Şirkətin rəsmisi verdiyi açıqlamada yemişləri nə üçün baha qiymətə almalarının səbəblərini açıqlayıb.

Şirkət rəsmisi Yoşihiro İvata bildirib ki, yemişləri yüksək qiymətə almaqla onların yetişdirildiyi şəhərin iqtisadiyyatına fayda vermək istəyirlər.

Milli.Az