Coli-Pit cütlüyü barədə maraqlı xəbər yayılıb

26 May 2019 11:34

İki il yarım əvvəl boşanmaq üçün məhkəməyə müraciət edən məşhur aktrisa Ancelina Coli və məşhur aktyor Bred Pit haqqında yeni iddialar ortaya atılıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Coli Pitlə evliyiyini xilas etməyə çalışır.

"Buna görə də bilərəkdən məhkəmə prosesini yubatmaq üçün əngəllər yaradır" - deyə yayılan məlumatda bildirilir.

Qeyd olunur ki, aktyorun isə bu evliliyə münasibəti eyni cür deyil: "Pit, sadəcə uşaqlarına görə Coli ilə dostcasına münasibət saxlayır".

Milli.Az