"Arsenal" futbolçuları Bakıdadır - FOTO

25 May 2019 23:33

UEFA Avropa Liqasının finalçısı İngiltərənin "Arsenal" klubu Bakıya gəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda UEFA Avropa Liqasının finalçısının qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək.

Final oyununda "Çelsi" və "Arsenal" komandaları üz-üzə gələcək.

Milli.Az