Yığmamızın üzvü klubunu dəyişdi - İngiltərədə

25 May 2019 19:47

21 yaşadək futbolçulardan ibarət yığmamızın və İngiltərənin "Fayld" klubunun üzvü Sərhat Taşdəmir komandasını dəyişib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi karyerasını "Pitersbro" klubunda davam etdirəcək. O, birinci liqada çıxış edən komanda ilə 3 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Taşdemir bu ilin əvvəlində yığmamıza cəlb olunub.

Milli.Az