"Qalatasaray"dan Arda Turan açıqlaması - Terim istəsə...

25 May 2019 19:46

"Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak "CNN Türk"də qatıldığı proqramda "Başakşəhər"in futbolçusu Arda Turanla bağlı danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, müqavilə ilə "Barselona"ya məxsus türk yarımmüdafiəçini transfer edib-etməyəcəkləri ilə bağlı sualı belə cavablandırıb:
 
"Bu, barədə bir məlumatım yoxdur. Baş məşqçi də bir şey söyləməyib. Hazırda "Başakşəhər"in futbolçusudur. Transferlər Fatih Terimin istəyi ilə gerçəkləşə bilər. Əvvəllər klub prezidentləri vəzifəyə başlayarkən "bu futbolçunu alacam" deyirdilər. Heç bir müzakirə aparmadan transfer etmək düzgün deyil. Hazırda yaxşı gənc futbolçuları izləyirik.

Milli.Az