PSJ Tuhellə bağlı qərarını verdi

25 May 2019 19:39

PSJ baş məşqçisi Tomas Tuhellə yeni müqavilə imzalayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, alman mütəxəssislə 2020-ci ilin iyununda başa çatacaq müqavilənin müddəti daha 1 il uzadılıb.

Qeyd edək ki, T.Tuhel ötən ildən Paris təmsilçisini çalışdırır. Onun rəhbərliyi altında komanda Fransa çempionu olub və ölkə superkubokunu qazanıb.

Xatırladaq ki, T.Tuhelin istefaya göndəriləcəyi iddia olunurdu.

Milli.Az