DTX Milli.Az-ın əməkdaşını mükafatlandırdı

25 May 2019 19:17

Bu gün bir qrup jurnalist "Dövlət Təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı ilə təltif olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində keçirilmiş mərasimdə medalları Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev və Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov təqdim ediblər.

Təltif olunmuş media mənsubları arasında Milli.Az-ın baş redaktor müavini, siyasi şərhçi Elçin Alıoğlu da vardı.

Milli.Az