Qadınlarla yola getməyən, 28 yaşında qripdən ölən bəxtsiz rəssam - FOTO

25 May 2019 18:58

Həyatının bir çox hissəsini sənətə həsr edən gənc rəssam Eqon Şilenin maraqlı həyat hekayəsini sizə təqdim edirik.

Milli.Az musavat.com-a istinadən bildirir ki, avstriyalı məşhur gənc rəssam Eqon Şile 1890-cı ildə Vyana yaxınlığında yerləşən Tulln şəhərində dünyaya göz açıb. Anasından aldığı böyük dəstəklə rəsm təhsili alan Eqon Şile 16 yaşında akademiya tələbəsi olmağı bacarıb. 

İlk əl işləri məşhur rəssam Qustav Klimtin əsərlərinə bənzəyirdi. Qısa zaman ərzində öz üslubunu yaradan gənc rəssam müəyyən bir çevrədə tanınmağa başlamışdı. Xüsusilə rəsmlərini sulu boya və karandaşla çəkən Eqon Şile daha çox fiziki qüsurlu insanların portretini hazırlayırdı. Maddi baxımdan çətinlik çəkən gənc rəssam tapdığı hər kağıza cızma-qara edirdi. Bir müddət sonra akademiyadan ayrılaraq bir qrup gənclərlə birlikdə "Neukunstgruppe"ni (Yeni Sənət Qrupu) yaratdı.

Картинки по запросу egon schiele photo

Eqon Şile burada heyranı olduğu və müəllimi kimi qəbul etdiyi Qustav Klimtlə görüşmə və əsərlərini ona göstərmə fürsətini əldə etdi.

6ed2b8f180e37215716a344ca11490f8

Eqon Şilenin əsərləri arasında avtoportrelər də var. Onun özünün portretlərini çəkməsini digər sənətçilər özünəvurğunluq kimi qiymətləndirirdi. 

Qadınlarla da hər zaman problem yaşayan gənc rəssam bir qızdan sui-istifadə etdiyi üçün həbs olunmuşdu. Məhkəmədə gənc qız şikayətini geri götürsə də, bir müddət sonra buna bənzər hadisə yenidən baş vermişdi. Həmin hadisədə isə o 24 günlük həbs cəzasına məhkum edilmişdi.

Картинки по запросу egon schiele photo

Eqon Şile rəsmlərini ilk dəfə 1913-cü ildə Vyanda sərgilədi. Sərgidə daha çox diqqət çəkən əsər özünün avtoportreti idi. Rəssam özünü olduqca təsirli və ürküdücü çəkmişdi. O daha sonra məşhur psixoloq Ziqmund Freydin psixanaliz nəzəriyyəsinə dayanaraq insanların şüuraltısını çəkməyə də başladı.

egon-schiele

I dünya müharibəsi zamanı məcburi olaraq əsgərliyə aparılan Eqon Şile orada qrip epidemiyasına yoluxub və dünyasını dəyişib. Onun ölümündən öncəki son əsəri həyat yoldaşının rəsmi olub.

portrait-of-the-artist-s-wife-1917

Öldüyü zaman 28 yaşı olan gənc rəssam 8 illik peşəkar sənət fəaliyyətində 3 mindən çox rəsm əsəri çəkib. Onun rəsm əsərləri hazırda Vyanda "Leopold" muzeyində sərgilənir.

Milli.Az