İranda zəlzələ oldu

25 May 2019 17:26

İranın qərbində yerləşən Kirmanşah vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi xəbər verib.

Xəbərə görə, yeraltı təkanlar bu gün yerli vaxtla saat 14:50-də Cavanrud rayonunun 19 kilometrliyində qeydə alınıb.

Təlafat barədə məlumat verilmir.

Xatırladaq ki, ötən ilin noyabr ayında İranın Kirmanşah vilayətində 6,4 bal gücündə baş verən zəlzələ nəticəsində 646 nəfər yaralanmışdı.

Milli.Az