Mismar və şruplardan bomba düzəldib, şəhərin mərkəzində partlatdı - 13 yaralı var - FOTO

25 May 2019 13:42

Fransanın Lion şəhərində partlayış baş verib.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, əldə hazırlanmış bombanın partlaması nəticəsində 13 nəfər xəsarət alıb. Yaralananlardan biri 8 yaşlı qızdır.

Velosipedlə şəhər mərkəzinə gələn orta yaşlı kişi əlindəki bağlamanı qoyaraq oradan uzaqlaşıb. İçərisi mismar, şrup və boltlarla dolu olan qutu bir neçə dəqiqə sonra partlayıb.

Polis partlayışın terror olduğunu düşünür.

Emin
Milli.Az