Çingizin başına "tale quşu" qondu - Almaniyadan elə bir təklif gəldi ki... - VİDEO

25 May 2019 13:28

"Eurovision 2019"da Azərbaycana 8-ciliyi qazandıran Çingiz Mustafayevdən yeni xəbərlər var.

Milli.Az xəbər verir ki, Təl-Əvivdə keçirilən 64-cü "Eurovision" müsabiqəsində ölkəmizi təmsil edən gənc müğənninin başına tale quşu qonub. Belə ki, müğənninin prodüserinin nömrəsinə yarışın finalı gecəsi 1200-dən çox zəng daxil olub. Onların əksəriyyətinin xarici şirkət nümayəndələri olduğu məlum olub.

Çingiz "Zaurla Günaydın"da sabah Avstriya və ardınca Almaniyaya getməyə hazırlaşdığını bildirib. Müğənni səfərinin məqsədinin şirkətlərdən gələn təklifləri dəyərləndirmək olduğunu da açıq etiraf edib.

Ətraflı videoda:

Təhməz Təkin
Milli.Az