"Hercai"nin cütlüyü siyahıda birinci oldu

25 May 2019 17:33

Hazırda Türkiyənin ən reytinqli serialı hesab edilən "Hercai"nin sevimli cütlüyü keçirilən sorğu nəticəsində "bir-birinə ən yaxşı yaraşan cütlük" seçilib.

Milli.Az bildirir ki, sorğu gecce.com saytı tərəfindən keçirilib. Ebru Şahin-Akın Akınözü onları ən yaxşı cütlük seçən izləyicilərinə təşəkkür ediblər.

Qeyd edək ki, Ebru Şahin-Akın Akınözü 45,5 faiz səslə siyahıda birinci olublar.

Fuad
Milli.Az