Yaşar Nurinin qızından maraqlı ifa - VİDEO

25 May 2019 11:51

Mərhum, sevilən xalq artisti Yaşar Nurinin qızı Ülkər Yaşarqızı da müğənniliyə başlayıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, onun İnstaqram səhifəsindən paylaşdığı videogörüntü izləyicilərin marağına səbəb olub.

Videoda "Yuxu" qrupunun "Xəzərin sahilində" mahnısını yeni formada ifa etməsi çox bəyənilib. İzləyicilər Ülkərin ünvanına tərif mesajları yazıblar.

Qeyd edək ki, Yaşar Nuri 2012-ci il 22 noyabrda 61 yaşında vəfat edib.

Milli.Az