Türkiyədə həbs olunan gəminin dənizçiləri Rusiyaya qayıtdı

25 May 2019 11:46

Ötən ilin iyununda Rusiyadan olan ekipajla təmir üçün İstanbula gələn və borc səbəbindən limanda saxlanılan "Streamline" yük gəmisinin 6 rusiyalı dənizçisi 24 mayda sərbəst buraxılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Türkiyədəki Baş Konsulluğu məlumat yayıb.

Məlumata görə, onlar artıq vətənlərinə qayıdıblar.

Xatırladaq ki, "Streamline" gəmisi əvvəlki sahibinin borclarına görə 2018-ci ilin iyununda İstanbulda türk şirkəti olan "Alpex"in tələbi ilə həbs edilib.  "Alpex" daha öncə gəminin təmirinə xərclədiyi 190 min dolların qaytarılmasını tələb edib.

Milli.Az