Əməkdar artistə sərt sözlər: “Xodunu” al, qışqırma” - VİDEO

25 May 2019 11:19

Əməkdar artist, tanınmış aktyor Vahid Əliyev Azərbaycan dilinə hörmətsizlik edən sənətçiləri sərt tənqid edib.

Milli.Az yenicag.az-a istinadla xəbər verir ki, aktyor hansı dildə oxumağın fərqi olmadığını deyib:

"Fərqi yoxdur, ingiliscə oxuyun, amma, ilk növbədə, övladlarınıza Azərbaycan dilini öyrədin. Sənin baban kim olub? Onlar bunu bilməlidir".

Bu sözlərdən xoşlanmayan Əli Mirəliyev onu susdurub: "Vahid "xod"unu al, bərk qışqırırsan".

ARB-nin "Səhər-səhər" verilişindən olan görüntüləri təqdim edirik:

Milli.Az