Bu yay "Atletiko"dan ayrılacağını açıqlayan Antuan Qrizmannı "Mançester Yunayted" də transfer etmək istəyir.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Barselona" kimi "qırmızı şeytanlar"ında fransalı hücumçu üçün təzminat qiyməti - 120 milyon avro ödəməyə hazır olduğu iddia olunub. Qrizmannın gələcəyi ilə bağlı özünün seçim edəcəyi bildirilib.
Qeyd edək ki, 28 yaşlı futbolçu cari mövsüm 48 matçda 21 qol vurub, 10 qolun ötürməsini verib.
Milli.Az