İnsan cəsədindən gübrə hazırlanacaq - FOTO

25 May 2019 09:39

İnsan cəsədindən gübrə kimi istifadə olunacaq.

Milli.Az Sputnik Türkiyəyə istinadla xəbər verir ki, ABŞ-ın Vaşinqton ştatında insan cəsədinin gübrə kimi istifadə olunması ilə bağlı qərar qəbul edilib. Qərarı Vaşinqton valisi Guy Insel imzalayıb.

Belə ki, ölən adamın yaxınlarının razılığı ilə xüsusi maddələrin köməkliyi ilə cəsəd qısa bir zamanda çürüdülərək toprağa qarışdırılıb, sonra da gübrə kimi istifadə olunacaq.

Bəxtiyar Umarlı
Milli.Az