Bakıda dəhşətli "Galenwagen" qəzası: Qəza kamerlara düşdü - VİDEO

24 May 2019 18:45

Bakıda baş verən dəhşətli qəza təhlükəsiz şəhər kameralarına düşüb.

Milli.Az avtosfer.az-a istinadən məlumat verir ki, paytaxt küçələrində gecə saatlarında yüksək sürətlə şütüyən "Galendevagen" markalı avtomobilin sürücü işıqforun qadağanedici nişanında keçir.

Bu zaman öz yolu ilə hərəkətdə olan "Hyundai" markalı avtomobilə çırpılır. Ardınca isə bir neçə dəfə yuvarlanaraq aşır.

"Hyundai" markalı avtomobilin içərisində isə uşaqlar və qadınlar var. Xoşbəxtlikdən xəsarət alan olmasa da bu avtomobilin sürücüsü də sərnişindaşıma qaydalarını pozaraq yük yerində sərnişin aparır.

Dəhşətli görüntüləri təqdim edirik:

Milli.Az