Ana oğlunu “Vosmoy bazarı”nda atıb qaçdı - FOTO

24 May 2019 14:17

Bakının Nizami rayonunda yerləşən, "Vosmoy bazarı" adlanan ərazidə azyaşlı uşaq valideyni tərəfindən tərk edilib. 

Milli.Az xəbər verir ki, bu barədə Azvision.az-a sakinlər məlumat veriblər. Bildirilib ki, 4-5 yaşlı oğlan uşağı anası ilə birlikdə bazara gəlib.

Kimliyi məlum olmayan qadın aptekə girmək adı ilə uşağı orada qoyub, daha sonra ərazidən uzaqlaşıb. Azyaşlının əqli problemli olduğu bildirilir.
 
Hadisə ilə bağlı polisə məlumat verilib. 

Milli.Az