"Azarkeşlər Bakıdakı finaldan zövq alacaqlar" - Kepa Arrisabalaqa

24 May 2019 15:44

"Finala vəsiqə qazandığımız üçün şadıq. Yarımfinalda "Ayntarxt"la hər iki oyunumuz çətin oldu. İndi son maneəni dəf etməliyik".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Çelsi"nin qapıçısı Kepa Arrisabalaqa Avropa Liqasının finalında  "Arsenal"la keçiriləcək oyun haqda danışarkən deyib.

İspaniyalı qolkiper klubun rəsmi saytına açıqlamasında Bakıda keçiriləcək finalın maraqlı olacağını bildirib: "Düşünürəm ki, futbolçular və azarkeşlər finaldan zövq alacaqlar. Derbi və finalda hər şey baş verə bilər. Qalib olmaq üçün mübarizə aparacağıq. Kuboku götürsək, bu, "Çelsi"nin ən yaxşı qələbəsi olacaq".

Xatırladaq ki, "Çelsi" mayın 29-da Bakı Olimpiya Stadionunda  "Arsenal"la qarşılaşacaq.

Milli.Az