Məzuniyyətə gələn türk əsgər özünü güllələdi - FOTO

24 May 2019 13:07

Türkiyədə intihar hadisəsi qeydə alınıb.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, Kipr adasında hərbi xidmətdə olan 20 yaşlı əsgər məzuniyyətə gələrək özünü öldürüb.

Kahramanmaraşda yaşayan Gökhan Sarıal ov tüfəngi ilə intihar edib.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Emin
Milli.Az