"Ailədə olan hər şeyin səbəbkarı kişilərdir"

24 May 2019 15:04

"Hər zaman deyirəm, ailədə mübahisənin günahkarı kişilərdir. Xanımın evdə narazıçılıq, qısqanclıq yaratmasının, problemə gətirib çıxaran xüsusiyyətləri kişidən asılıdır. Xanımım evə gələnə qədər nə bilirdi mən nəyi sevirəm? Əgər onu başa salmır, tənqid edirəmsə, günah mənimdir. Gərək hər bir hərəkətimi ona uşaq kimi başa salam ki, qınanılmasın".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Elnur Məmmədov rejissor Nail Naiboğlunun "21 sual" layihəsində deyib. Son günlər boşanmaların sayının çoxalmasından söz açan sənətçi bunun günahını kişilərdə gördüyünü bildirib.

Şəxsi həyatı ilə bağlı sualları cavablandıran Elnur ilk sevgisindən, istəklərindən bəhs edib. O deyib ki, ad günü etməyi xoşlamır:

"Ad günümdə bütün əlaqələri saxlayır, telefonumu söndürürəm. Ailəmlə baş-başa ad günü edirəm.

İlk sevgi haqda məni danışdırma, ailəli adamam. Əsl sevgi ailədə yaranandır, bunun şahidi olmuşam. İlk dəfə birinci-ikinci sinifdə oxuyanda sevdim. Yadımdadır".

"Xalq artisti Faiq Ağayevin və sənin kliplərinə çəkilən qızların buna görə pul ödədiyi deyilir" sözlərinə isə sənətçi belə cavab verib:

"Bu, bizə olan hörmətdən irəli gəlir. 50-yə yaxın klipim var. Onların yarısından çoxunda çəkilən xanımlar klipin pulunu ödəyiblər".

Milli.Az