Villanın bir həftəsinə 450 min verir

24 May 2019 15:24

Amerikanın televiziya ulduzu Kayli Cenner yeni villası ilə gündəmə gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, gənc milyoner Malibuda aparıcı Yolanda Hadidin evini kirayələyib.

Cenner malikanənin bir həftəsi üçün 450 min dollar ödəniş edib. Amerika KİV-ləri yazır ki, Kaylinin əvvəlki  villası ona kiçik gəlib, o, bu səbəbdən evini dəyişdirib.

Qeyd edək ki, TV simasının komestika firması var. 21 yaşlı Cenner şirkətindən 1 milyard dollar gəlir əldə edib.

Milli.Az