Arvadının Facebook mesajlarını oxuyan ər dəhşətə gəldi - FOTO

24 May 2019 12:29

Arvadının Facebook mesajlarını görən ər dəhşətə gəlib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, 4 uşaq atası olan kişi həyat yoldaşının Facebook hesabını yoxlayanda ona xəyanət edildiyini öyrənib.

10 illik xanımının Facebook-undakı mesajları oxuyan 33 yaşlı Seth Megow Chrissy adlı həyat yoldaşının bir neçə kişi ilə gizli münasibətinin olduğunu bilib.

19 yaşında Chrissy ilə tanış olan Seth Megow-un dediyinə görə son zamanlarda xanımının ona qarşı münasibətindən şübhələndiyi üçün onun şəxsi mesajlarını oxumaq qərarına gəlib və həyat yoldaşı Facebook-u açıq qoyub getdiyi vaxt onun yazışmalarına göz gəzdirib.

ABŞ-ın Corciya ştatında yaşayan Seth Megow-un dediyinə görə, arvadı 1 ildir ki, ona xəyanət edirmiş.

Onun bloqunda dərc etdiyi yazı ABŞ-da müzakirələrə səbəb olub. Kişiləri diqqətli olmağa çağıran Seth Megow-u qınayanlar da olub, dəstək çıxanlar da.

Emin
Milli.Az