ABŞ-da maraqlı hadisə baş verib.
Milli.Az Mirror-a istinadla xəbər verir ki, ABŞ-ın Corciya ştatında yaşayan adı açıqlanmayan qadın qeyri-adi formada qəza törədib.
Belə ki, çay kənarında avtomobil sürərkən qucağında hörümçək gəzdiyini görən qadın özünü avtomobildən suya atıb.
Atlanta Journal Constitution-un yazdığına görə o, maşını saxlamaq əvəzinə həyəcanlanaraq avtomobil hərəkətdəykən özünü çölə atıb. İdarəetməsi itən avtomobil İtova çayına düşüb.
Qadın xilas olsa da, avtomobil çayda batıb.
Emin
Milli.Az