“Facebook” 2 milyarddan çox saxta profili silib

23 May 2019 23:26

"Facebook" 2019-cu ilin ilk 3 ayında 2,2 milyard saxta hesabı silib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, sosial şəbəkədən verilən yazılı açıqlamada saxta profillərin sayının artdığı bildirilib.

Üstəlik, bu artım ötən illə müqayisədə 2 dəfə çoxalıb. "Facebook"un bu dəfə sildiyi hesablar mediada ən yüksək rekord kimi dəyərləndirilib.

Milli.Az