Moskva metrosunda qatarlar yenə tuneldə qaldı

23 May 2019 23:23

Moskva metrosunun Serpuxovsk-Timiryazebsk xəttində 3 qatar tuneldə qalıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, insident "Bibirevo" və "Altufyevo" metro stansiyaları arasında yaşanıb. Sərnişinlərlə dolu olan qatarlar artıq bir saatdır ki, yerindən tərpənmir.

Xatırladaq ki, ötən gün də Moskva metrosunda anoloji hadisə yaşanmışdı.

Milli.Az