Azərbaycan Ordusunun helikopterləri Türkiyədə tapşırıqlar icra edib - FOTO - VİDEO

23 May 2019 15:55

Türkiyənin Konya şəhərində "Anatolian Phoenix-2019" beynəlxalq axtarış-xilasetmə təlimlərinin yekun mərhələsi icra olunub.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, təlimlərin son günündə helikopter ekipajları və axtarış-xilasetmə əməliyyatlarına cəlb olunan heyətlər müxtəlif epizodlar üzrə tapşırıqları icra ediblər.

Beynəlxalq təlimlərdə Azərbaycan Ordusunun 4 hərbi helikopteri və 60 yaxın şəxsi heyəti iştirak edib.

Milli.Az