“Evlənəcəyim adamın arvadı öldüyü üçün qısa geyinərəm” - Meyxanaçı Samirə ƏRƏ GEDİR - VİDEO - FOTO

23 May 2019 14:20

ARB TV-nin "Səhər-Səhər" verilişinin növbəti qonağı meyxanaçı-müğənni Samirə Yusifqızı olub.

Milli.Az bildirir ki, ailə həyatı qurmağa hazırlaşan müğənni onu qınayanlara səslənib:

"Heç kim bir dənə çörək alıb, gəlib qapımı döyməyəcək. Mənim üçün heç kimin fikri maraqlı deyil. Öz fikrim maraqlıdır. Çünki o fikir yazanlar mənim bu dəqiqə problemim olsa, xəstələnsəm və yaxud bir şey almaq istəsəm, ehtiyacım olanda mənə kömək etməyəcək. Hamısı getsin güzgüdə öz şəklinə, ailəsinə baxsın sonra danışsın. Rəy yazanlar, ailəsində nə görürsə, onu da yazır. Hər kəs öz tərbiyəsini göstərir. Mənim səhifəm izlənilir, orada kim təhqir yazırsa, buna görə cavab verir. Evlənəcəyim adamın yoldaşı rəhmətə gedib. Ağ qısa paltar geyinəcəm".

Milli.Az