Məktəblilər bir-birini bıçaqladı

10 Aprel 2010 13:20
Şəhər Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, aprelin 9-da saat 18:00 radələrində Kəpəz rayonu ərazisində rayon sakinləri 17 yaşlı Elnur Əliyev və onun həmyaşıdı Ramin İsmayılov münaqişə zəminində bir-birilərinə bıçaqla xəsarət yetirib. Hadisə xuliqanlıq zəminində baş verib.

Hər iki şəxs daxilə nüfuz edən xəsarətlə xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan xəstələrin vəziyyəti orta-ağırdır. Hələlik ifadələri alınmayıb.

Hər iki şəxs orta məktəbin 11-ci sinifində oxuyur. Faktla bağlı araşdırma aparılır.

Anar Məmmədov
Milli.Az