Çingiz AzTV-nin studiyasına avtomobili və iti ilə girdi - VİDEO

23 May 2019 12:03

Müğənni Çingiz Mustafayev AzTV-də yayımlanan "Telesəhər" verilişində qonaq olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, studiyaya 60 min dollar qiyməti olan "Jeep Wrangler" markalı avtomobili ilə gəlib.

Sənətçi verilişə iti Leonu da özüylə birlikdə qonaq gətirib.

Qeyd edək ki, Mustafayev Azərbaycanı "Eurovision 2019"da "Truth" mahnısı ilə təmsil edib. Çingiz 8-ci yerin sahibi olub.

Milli.Az