MSK İstanbulda bələdiyyə seçkilərinin yenidən keçirilməsi qərarına aydınlıq gətirdi

23 May 2019 09:13

Türkiyənin Mərkəzi Seçki Komissiyası İstanbulda bələdiyyə seçkilərinin yenidən keçirilməsi barədə qərarına aydınlıq gətirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, MSK-dan bildiriblər ki, qanunvericiliyin tələblərinə baxmayaraq, İstanbulda seçki məntəqələrinin 225 rəhbəri və 3500 üzvü dövlət işçisi olmayıb.

Bundan əlavə, ölkədə bələdiyyə seçkilərinin yekun nəticələri də açıqlanıb.

Səsvermənin yekun nəticələrinə əsasən, Ədalət və İnkişaf Partiyası - 54,76 faiz, Cümhuriyyət Xalq Partiyasının - 17,71 faiz, Milliyyətçi Hərəkat Partiyası - 17,20 faiz, Xalqların Demokratik Partiyası - 4,21 faiz, "İYİ Parti" - 1,77 faiz, Səadət Partiyası - 1,55 faiz səs toplayıblar.

Qeyd edək ki, İstanbulda təkrar bələdiyyə seçkiləri iyunun 23-ü keçiriləcək.

Milli.Az