ABŞ-da “F-16” təlim döyüşlərində “Su-57” kimi iştirak edəcək

23 May 2019 08:48

ABŞ-da "F-16" qırıcısını "Su-57"-nin boyalarına rəngləyiblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, təyyarədən təlim döyüşlərində şərti düşmən kimi istifadə edəcəklər.

"US Military Update" YouTube-kanalında "F-16"-nın boyalanma prosesi əks olunub.

Təyyarə ABŞ-ın Nevada ştatında qərarlaşan 64-cü eskadrilyasına məxsusdur.

Təlim döyüşlərində bu eskadrilya şərti düşmən kimi iştirak edir.

Milli.Az